Türkiyədə illik inflyasiya açıqlandı
Türkiyədə illik inflyasiya aprel ayında 50,5%-dən 43,68%-ə düşüb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsi məlumat yayıb.
“Aprel ayında inflyasiya aylıq hesablamada 2.39 faiz, illik hesablamada isə 43.68 faiz təşkil edib”, – məlumatda qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=191605