Rusiya Ermənistanı tərk etdi – Rott

08.06.2023 - 11:34

Rusiya rejimi, rus hökuməti Ermənistanı tərk etdi.

Cumhuriyyet.net xəbər verir ki, bunu Almaniya Bundestaqının Beynəlxalq əlaqələr komissiyasının sədri Mixael Rott İrəvandakı çıxışında deyib.

Rusların AB-nin Ermənistandakı missiyasının Rusiyanı bu ölkədən çıxarmaq olduğu ilə bağlı açıqlamalarına cavab verən Rott bildirib ki, Rusiya xarici işlər naziri özünün sonsuz imperialist xarici siyasətini davam etdirir və Kremlin təbliğatını yayır.

Onun sözlərinə görə, AB missiyası Ermənistanda rəsmi İrəvanın istəyi ilə yerləşib:

“Biz öz xoşumuzla erməni xalqının təhlükəsizliyini təmin etməyə gəlməmişik. Biz işğalçı deyilik, Ermənistan hökuməti ilə əməkdaşlıq edərək regionda sülh və sabitliyin möhkəmləndirilməsinə töhfə veririk. Regionda rus qoşunları, ağır hərbi texnikaları var, biz isə onlardan fərqli olaraq mülki missiyayıq”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192017

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031