Hətta Solovyov Ukraynanı ittiham etmədi…

12.06.2023 - 12:52

Kremldə başa düşürlər ki, Putin Ukraynaya qarşı başladığı müharibədə qalib gələ bilməz. İndi Putinin istefasına hazırlaşırlar.

Cumhuriyyet.net xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Qərb artıq Rusiyanın nüvə təhdidlərindən qorxmur. Bundan əlavə, rus hərbçiləri Ukraynanın əks-hücumunu cilovlaya bilməyəcək. Rusiya Ukrayna ordusunu çaxnaşma içində saxlamaq üçün Kaxovka su elektrik stansiyasını partladıb. Hətta rus təbliğatçısı Solovyov da bu məsələdə Ukraynanı ittiham etməkdən əl çəkdi. Solovyov bildirib ki, bənd təbii səbəblərdən dağılıb. Hazırda Rusiya elitasında başqa, çox nüfuzlu bir partiya meydana çıxıb. Eyni zamanda, “kapitulyasiya partiyası” da var. Bu partiyanın cəbhəçisi, təbii ki, hər gün Müdafiə Nazirliyini tamamilə yararsız, oğru təşkilatı kimi ifşa edən və əslində ən qızğın tərəfdarlarını yetişdirən Priqojindir”, – o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=192146

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930