Ərdoğan Tokayevə başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə zəng edərək meşə yanğınında 14 meşə işçisinin həlak olması ilə bağlı başsağlığı verib.
Cumhuriyyet.net-in verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Prezident Ərdoğan Qazaxıstanda baş verən meşə yanğınında həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.
Ərdoğan, Qazaxıstanın ehtiyac duyacağı yardımı göstərməyə hazır olduğunu bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=192157