ABŞ-la İran arasında yaxın gələcəkdə məhbus mübadiləsi ola bilər

12.06.2023 - 18:05

ABŞ İran məsələsində ciddidirsə, yaxın gələcəkdə məhbus mübadiləsinin şahidi ola bilərik.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani mətbuat konfransında deyib.

“Əsirlərin dəyişdirilməsi ilə bağlı vasitəçilər vasitəsilə aparılan danışıqların nəticələrini gözləyirik”, – o qeyd edib.

Kənani mümkün nüvə sazişi ilə bağlı xəbərlərə də münasibət bildirib: “Hərtərəfli Birgə Fəaliyyət Planı və nüvə danışıqları prosesi ilə bağlı mövqeyimiz aydındır. İran heç vaxt danışıqlar masasını tərk etməyib və hər zaman ciddi hazırlığını nümayiş etdirib. Hökumət sanksiyaların aradan qaldırılmasına yönəlmiş diplomatik prosesləri heç vaxt dayandırmayıb”.

Sözçü Oman vasitəsilə baş tutan İran-ABŞ danışıqlarının gizli olmadığını deyib: “Omanda ABŞ tərəfi ilə bir neçə həftə əvvəl danışıqlar apardıq”.

Kənani qeyd edib ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planını əvəz etmək üçün müvəqqəti saziş və ya yeni razılaşmalar üzrə danışıqları təsdiq etmir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192174

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930