ABŞ və İran gizli razılaşması var – Netanyahu açıqladı

14.06.2023 - 11:50

Amerika İran ilə anlaşma və ya “kiçik razılaşma” əldə edir. Bu razılaşmaya əsasən, bloklanmış vəsaitlərinin sərbəst buraxılması müqabilində İran uranı 60%-dən yuxarı zənginləşdirməyəcək, Vaşinqton-İran arasında məhbus mübadiləsi aparılacaq.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Knessetin Müdafiə Komitəsinin iclasında deyib.

O, ABŞ-İran danışıqlarının İsraili dayandırmayacağını bildirib:

“İran rejimi ilə heç bir razılaşma İsraili dayandırmayacaq. İsrail özünü müdafiə etmək üçün hər şeyi etməyə davam edəcək. İsrailə qarşı olan təhlükələrin 90 faizdən çoxu İran və onun proksi qüvvələri tərəflərindəndir”, – baş nazir bildirib.

Amerika rəsmiləri isə İran ilə ABŞ arasında danışıqları inkar edir.

“Haaretz” qəzetinin iki yüksək rütbəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ hökumətinin danışıqların gedişini inkar etməkdə məqsədi Konqresdə sazişə səsvermədən çəkinməkdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=192298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031