Lukaşenko təxribatçı seçim etdi – ABŞ

16.06.2023 - 11:54

Moskva ilə Minsk arasında Rusiya taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı razılaşmalar Lukaşenkonun ölkəsi üzərində nəzarəti Kremlə verməsinin göstəricisidir.

Cumhuriyyet.net xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, Lukaşenkonun belə bir qərarı “məsuliyyətsizlik və təxribatdır”:

“Belarusa gəlincə, bu, Lukaşenkonun xalqının iradəsinə zidd olaraq ölkə üzərində nəzarəti Kremlə vermək üçün məsuliyyətsiz və təxribatçı seçim etməsinin növbəti nümunəsidir. Üstəlik, bu hərəkətlər Kremlin məsuliyyətsizliyindən də xəbər verir. Bununla belə, ABŞ nüvə qüvvələrinin mövqeyini tənzimləmək üçün hələ heç bir səbəb görmür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=192343

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930