Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək

16.06.2023 - 12:30

Litvanın paytaxtı Vilnüsdə Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas LRT radiosuna bildirib.

Onun sözlərinə görə, Ukrayna – NATO Şurasının birinci iclası iyulun 11-12-də Litvada keçiriləcək NATO sammiti çərçivəsində baş tutacaq.

“İlk dəfə olaraq Vilnüsdə, vaxtilə mövcud olan, lakin hazırda fəaliyyətini dayandırmış Rusiya-NATO Şurasının tipinə uyğun yaradılmış Ukrayna-NATO Şurası toplaşacaq”.

Müdafiə naziri deyib ki, iclas iştirakçıları Kiyevə hərbi yardımın təminatını müzakirə edəcəklər.

“Bu, uzunmüddətli olmalıdır. Ona görə yox ki, müharibənin uzun sürəcəyi faktı bizi buna yönləndirir, məqsəd Ukraynanın güclü müdafiə potensialını yaratmaqdır”, – Anuşauskas əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=192354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728