Sarqsyanın silahdaşı həbs edildi

16.06.2023 - 17:00

Ermənistan Respublika Partiyasının sədri Serj Sarqsyanın müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyan iki ay müddətinə həbs edilib.

Ermənistan mediasının məlumatına görə, bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından dərhal sonra məlumat verib.

“O, “Nubaraşen” cəzaçəkmə müəssisəsinə köçürüləcək. O, keçmiş nazir və tibb xidmətinin polkovnik-leytenantı olsa da, cinayətkarlarla birlikdə saxlanılacaq”, – deyə vəkil bildirib.
Armen Aşotyan iyunun 15-də saxlanılıb.

Qeyd edək ki, Aşotyan və İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetə məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=192425

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930