Rusiya Yerusəlimdə səfirliyin filialını açacaq

16.06.2023 - 18:00

ABŞ-ın Yerusəlimdə yeni səfirliyini açmasından beş il sonra Rusiya da eyni addımı atmağa hazırlaşır.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “İsrael Hayom” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya və İsrail Yerusəlimin mərkəzində Rusiya səfirliyinin filialının açılması barədə razılığa gəliblər.

Bələdiyyə rəhbəri Moşe Lionun rəhbərlik etdiyi Yerusəlim bələdiyyəsi ilə Rusiya Xarici İşlər Nazirliyi arasında bağlanmış müqavilədə Rusiya rəsmi olaraq şəhərin mərkəzində “King George” küçəsində konsulluq şöbəsini tikmək öhdəliyini götürüb.

Diplomatik kompleks Yerusəlim və onun ətrafının sakinlərinə konsulluq xidmətləri göstərəcək, həmçinin diplomatlara da ev sahibliyi edəcək ki, bu da ona konsulluq statusundan daha yüksək status verəcək. Müqaviləyə əsasən, tikinti beş il ərzində başa çatdırılacaq, onun on ilə qədər uzadılması variantı da nəzərdə tutulub.

Nəşr bildirib ki, saziş Yerusəlim Günündə meriyada imzalanıb və son altı ayda həm bələdiyyə sədri Lionun özü, həm də xarici işlər naziri Eli Koen danışıqlarda iştirak edib. Müqavilə ilə bağlı danışıqlarda Rusiyanı xarici işlər nazirinin müavini Mixail Boqdanovun adından Sergey Makarov və Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov təmsil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=192435

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728