Türkiyə şirkəti Rumıniyada qaz kəməri tikəcək

19.06.2023 - 12:10

Türkiyənin “Kalyon İnşaat” şirkəti “Neptun Deep” dəniz yatağından qazın nəqli üçün Rumıniyada qaz kəmərinin tikintisini iki il ərzində başa çatdıracaq.

Məlumata görə, Türkiyə şirkəti boru kəmərinin çəkilməsi üzrə tenderin qalibi olub və iyunun 16-da Rumıniyanın “Transgaz” qaz nəqli sisteminin operatoru ilə layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb.

Qeyd olunur ki, 308 km-lik qaz xəttinin dəyəri 530 mln. avro təşkil edəcək və Qara dəniz sahilindən Buxarestdən 20 km qərbdə Podisora ​​qədər uzanacaq.

Bildirilir ki, “Neptun Deep” yatağının qaz ehtiyatları 200 mlrd. kubmetr həcmində qiymətləndirilir. Yanacaq həm daxili istehlakçılara, həm də ixraca gedəcək. Kəmərin layihə gücü ildə 12 mlrd. kubmetr həcmində proqnozlaşdırılır. Rumıniya tərəfinin fikrincə, kəmər daxili istehlakın 45%-ni qazla təmin edə biləcək.(apa)

Short URL: http://www.cumhuriyyet.net/?p=192456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930