Hindistanda anomal istilər səbəbindən 100-ə yaxın adam ölüb

19.06.2023 - 13:51

Hindistanın şimalında anomal istilər səbəbindən 100-ə yaxın adam ölüb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “The Guardian“ nəşri yazıb.

Nəşrin məlumatına görə, ölkənin şimal əyalətlərində maksimal temperatur son günlərdə 44,7 dərəcəyə çatıb və havada 25 faiz rütubətliliyin olması vəziyyəti daha da ağırlaşdırır.

Yerli hakimiyyət orqanları hava şəraitinə görə, əhalini və xüsusən də yaşlıları gündüz saatlarında evdə qalmağa çağırır.

Xatırladaq ki, hər ilin aprel-iyun aylarında Hindistanın əksər bölgələrində ilin ən isti dövrü qeydə alınır, sonra isə musson yağışlar (mövsümi yağışlar) nəticəsində temperatur aşağı düşür.

Short URL: http://www.cumhuriyyet.net/?p=192471

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930