80 təbrizli tələbə cəzalandırılacaq

19.06.2023 - 14:51

Təbrizin Şəhid Mədəni Universitetinin 80 tələbəsi təhsil müəssisəsinin Nizam-İntizam Komitəsinə çağırılıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə tələbə hərəkatı fəalları məlumat yayıb.

Məlumata görə, tələbələrə qarşı “etiraz aksiyalarında iştirak etmək”, “iğtişaş törətmək”, “müqəddəsləri təhqir etmək”, “tələbəlik statusuna zidd hərəkətlər etmək”, “universitetin iş və təhsil rejimini pozmaq” ittihamları irəli sürülüb.

Bundan öncəki təcrübəyə əsasən onların müvəqqəti və ya daimi olaraq təhsillərinə qadağa qoyulacağı ehtimal edilir.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub. Onların əksəriyyəti “hökumətə qarşı təbliğat”da günahlandırılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=192481

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930