Türkiyə XİN: İsrailin bu addımını qətiyyətlə pisləyirik!

19.06.2023 - 15:27

İsrail hökumətinin İordan çayının qərb sahilindəki yaşayış məntəqələrində minlərlə yaşayış evi tikmək planları beynəlxalq hüquqa ziddir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İsrail hakimiyyətinin qeyri-qanuni məskunlaşma fəaliyyətini gücləndirməsini və İordan çayının qərb sahilində ən azı 19 şəhərdə yeni qanunsuz məskunlaşmalarda 4500 yaşayış binası tikmək planlarını pisləyirik. Onların davamlı sülhə ciddi ziyan vuran, beynəlxalq hüquqa və BMT-nin müəyyən etdiyi parametrlərə tamamilə zidd olan bu addımları qəbuledilməzdir”, – məlumatda deyilir.

Qeyd olunur ki, Ankara 1967-ci il sərhədlərinə uyğun olaraq ikidövlətli həllə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=192491

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930