Mirzoyan Minskə gedəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün Belarusun paytaxtı Minsk şəhərinə səfər edəcək.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Mirzoyan 19-20 iyun tarixlərində Minskdə keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Şurasının iclasında iştirak edəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=192519