Lukaşenkonun təyyarəsi gizli şəkildə Türkiyəyə uçdu
İyunun 24-nə keçən gecə Belarus Prezidenti Aleksandr Lukaşenkonun ailəsinə məxsus təyyarə Türkiyənin Bodrum şəhərində eniş edib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Radarbox” məlumat yayıb.
“Bombardier Challenger 850” təyyarəsi saat 00:01-də Minskdən havaya qalxıb və saat 05:15-də Türkiyənin Bodrum şəhərinə eniş edib. Təyyarə Rusiya üzərində olarkən transponderləri söndürüb və yalnız Kalmıkiya üzərində yenidən işə salıb”, – məlumatda deyilir.
Təyyarədə kimlərin olduğu və səfərin məqsədi açıqlanmayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=192630