Əfqanıstanda gözəllik salonları qadağan edilib

04.07.2023 - 16:49

Əfqanıstanda hökmranlıq edən “Taliban” rejimi Kabil və digər əyalətlərdə gözəllik salonlarının fəaliyyətinə qadağa qoyub.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə Kabil bələdiyyəsinə İslami İrşad Nazirliyi tərəfindən göndərilən məktubda bildirilib.
Məktubda deyilir: “Kabil şəhəri və ölkənin əyalətləri səviyyəsində olan qadın gözəllik salonlarının müəyyən müddətdən sonra fəaliyyət göstərməsi qadağandır, verilmiş lisenziya və müqavilələr etibarsızdır”.
Müəssisələrin sahibləri bildiriblər ki, qadının ailəsini dolandırmağın yeganə yolu gözəllik salonlarında işləməkdir. Onların sözlərinə görə, kişilərin işi yoxdur, arvad-uşaqlarını təmin edə bilmirlər.
“Kişi ailəsinə baxa bilməyəndə qadınlar salonlarda işləməli olur.. Gözəllik salonları bağlansa, biz nə etməliyik?”, – salon sahibi paylaşıb.
Başqa bir qadın isə deyib ki, kişilərə işləmək üçün imkan yaradılsa, qadınlar evdən belə çıxmazlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=192814

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930