İsrail ordusu Cenindən geri çəkildi
İsrail qüvvələrinin Cenin şəhərində keçirdiyi əməliyyat rəsmən başa çatıb, hərbçilər ərazini tərk ediblər.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Agens Frans-Press” İsrail ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, bazar ertəsi gecə İsrail ordusu Cenin və eyni adlı qaçqın düşərgəsində genişmiqyaslı əks-terror əməliyyatına başladığını elan edib. Əməliyyatın ilk günündə yaraqlıların infrastrukturuna hava zərbələri endirilib.
Ötən gün axşam saatlarında isə Baş nazir Netanyahu antiterror əməliyyatının baş çatdığını rəsmən elan etdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=192837