Həsən Ruhaniyə qarşı cinayət işi açılıb – FOTO

05.07.2023 - 15:00

İranın keçmiş dövlət başçısı Həsən Ruhaniyə qarşı cinayət işi açılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İran prokurorluğuna sabiq prezident barəsində ümumilikdə 700 min şikayət göndərilib. Məsələnin ən qısa vaxtda araşdırılacağı, onun barəsində həbs-qətimkan tədbiri və ya məhkəmə qərarı verəcəyi gözlənilir.

İran parlamentinin üzvü Nəsrullah Pejmanfər yerli mətbuata açıqlamasında Ruhani barəsində 2 hal üzrə cinayət işinin açıldığını bildirib; O, birja problemləri və valyuta bazarına müdaxilədə ittiham edilir.
Sosial şəbəkələrdə Ruhaniyə qarşı cinayət işinin qaldırılmasına münasibət bildirən bəzi ekspertlər hesab edirlər ki, İranın keçmiş prezidentinə qarşı irəli sürülən ittiham siyasi xarakter daşıyır və bunun arxasında bəzi dairələr dayanır.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=192922

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930