Lukaşenko: “Vaqner”in yerdəyişməsi məsələsi həllini tapmayıb

06.07.2023 - 14:00

“Vaqner” Özəl Hərbi Şirkətlə bağlı vəziyyətdən sonra Belarus və Rusiya arasında münasibətlər daha da möhkəmlənəcək.

Cumhuriyyet.net xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

“Nəyə görə bizim münasibətlərimiz zəifləməlidir? Problemi birlikdə həll etdik. Rusiya üçün ən ciddi problemi həll etdik. Bəs onda niyə görə münasibətlərimiz pisləşməlidir?”, deyə Belarus lideri Minsk-Moskva münasibətlərinin “Vaqner”ə görə pisləşə bilərmi sualına cavabında vurğulayıb.

Lukaşenko onu da bildirib ki, “Vaqner”in bu günə qədər yerdəyişməsi məsələsi həllini tapmayıb:” Biz düşərgələr tikmirik, biz onlara Sovet dövründə istifadə edilən bir neçə keçmiş hərbi düşərgə təklif etmişik, o cümlədən Osipoviç yaxınlığında… Əgər onlar razı olsalar….Ancaq “Vaqner” yerləşdirmə ilə bağlı fərqli bir görüşə malikdir, əlbəttə ki, bu görüş haqqında sizə danışmayacağam”.

Short URL: http://www.cumhuriyyet.net/?p=192994

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728