Bagiri qonşu ölkəni təhdid etdi

12.07.2023 - 12:19

İraqın şimalında yerləşən müxalif kürd təşkilatlarına qarşı daha geniş hücumlar ediləcək.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagiri Məşhəddə SEPAH quru qüvvələri komandirlərinin illik konfransında çıxışı zamanı deyib.

O, İraq hökumətinin Kürdüstanda yerləşən İran müxaliflərini tərk-silah edəcəyinə söz veridiyini deyib:

“Əgər bu müddət keçsə və onlar tərk-silah edilməsələr, ya hər hansı əməliyyat keçirsələr, bu qruplara qarşı hərbi əməliyyatlarımız mütləq daha böyük intensivliklə təkrarlanacaq”.

Qeyd edək ki, bundan əvvəl iyunun 12-də SEPAH Kürdüstan əyalətinin qərbində yerləşən Sərvabad bölgəsinə çox sayda qüvvə toplayıb, müxalif təşkilatların qərargahlarını artilleriya atəşinə tutub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193249

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930