Finlandiya Türkiyədən üzr istədi

13.07.2023 - 11:31

Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyənin xarici işlər naziri Hakan Fidana maliyyə nazirinin sözlərinə görə üzrxahlığını çatdırıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.

“NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə Hakan Fidana təşəkkür etdim. Bir neçə il əvvəl yeni hökumətimizin bir üzvünün dediyi yersiz sözlərə görə ölkəmizin üzrxahlığını da çatdırdım. Onlar bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da əks etdirməyəcək. Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, – o bildirib.

Qeyd edək ki, Əsl Finlər Partiyasından olan maliyyə naziri Rikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-Ahonun qonaqlar kitabında “türk meymunları” haqqında yazıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=193314

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31