Britaniya Ərdoğana ümid edir!

20.07.2023 - 11:14

Britaniya ümid edir ki, Türkiyə Prezidenti Rusiyanı taxıl sazişinin müddətinin uzadılması üçün yenidən danışıqlara cəlb edə biləcək.

Cumhuriyyet.net xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.

“Mən həqiqətən ümid edirəm ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanı Qara Dəniz Taxıl Təşəbbüsünün əhəmiyyətinə inandıra bilər. Çünki bu, insanları aclıqdan xilas etməyə və beynəlxalq taxıl qiymətlərini aşağı salmağa kömək edir”, – Kleverli bildirib.

O əlavə edib ki, Ərdoğan BMT ilə birlikdə taxıl təşəbbüsünün təmin edilməsində dünyada bir çox insan adına inanılmaz dərəcədə mühüm iş görüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=193403

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728