Zelenski Sunakla Rusiyanın Odessaya hücumunu müzakirə edib

25.07.2023 - 13:28

Ukrayna Prezidenti Vladimir Zelenski və Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin “Twitter” hesabında məlumat verilib.

Ukrayna Prezidenti bildirib ki, o, Britaniya hökumət başçısını Rusiyanın Odessanın tarixi mərkəzini və liman infrastrukturunu məhv etmək üçün etdiyi gündəlik hücumlar barədə məlumatlandırıb. “Biz Odessanı müdafiə etməliyik. Ukrayna öz tarixi irsini qorumaq və Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirmək üçün təcili olaraq hava hücumundan müdafiəni gücləndirməlidir”, – Zelenski bildirib.

Tərəflər həmçinin müdafiə sahəsində əməkdaşlığı, Ukraynanın hücum əməliyyatlarının gedişatını müzakirə ediblər. Ukrayna Prezidenti ölkəsinin cari müdafiə ehtiyacları barədə Baş nazir Rişi Sunaka məlumat verib.

“Cənab Baş Nazir və mən NATO-nun Vilnüsdə keçirilən Sammitində G7-nin Ukraynaya Birgə Dəstək Bəyannaməsinin qəbul edilməsini və sonradan digər ölkələrin də ona qoşulmasını qeyd etdik. Biz onu ikitərəfli əsasda konkret təhlükəsizlik zəmanətləri ilə zənginləşdirmək üçün gələcək addımları da müzakirə etdik”, – Ukrayna Prezidenti qeyd edib.(apa)

Short URL: http://www.cumhuriyyet.net/?p=193548

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930