“Vaqner”in üsyan edəcəyini bilən Putinin qərarı…

25.07.2023 - 14:07

Rusiya xüsusi xidmət orqanları “Vaqner”in rəhbəri Yevgeni Priqojinin üsyanı başlamazdan ən azı iki-üç gün əvvəl ölkə Prezidenti Vladimir Putinə xəbərdarlıq edib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Vaşinqton Post” Ukrayna və Avropa kəşfiyyatındakı həmsöhbətlərinə istinadən məlumat yayıb.

“Bu məlumatı əldə edəndən sonra strateji obyektlərin, o cümlədən Kremlin mühafizəsi gücləndirilib, mühafizəçilərin sayı artırılıb və onlara daha çox silah verilib. Lakin başqa heç bir tədbir görülməyib. Putinin üsyanı aradan qaldırmaq və təşkilatçıların həbsi barədə qərar verməyə vaxtı var idi. Üsyan başlayanda bütün səviyyələrdə iflic yarandı. Mütləq çaşqınlıq hökm sürürdü. Uzun müddət necə reaksiya verəcəklərini bilmirdilər”, – mənbələr bildirib.

Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb kəşfiyyatının bu bəyanatlarını cəfəngiyyat adlandırıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193556

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30