Putin dünyaya SÖZ VERDİ – Rusiya bunu edəcək

25.07.2023 - 17:44

Rusiya prezidenti Vladimir Putin Ukraynadan ala bilmədikləri taxılı Afrika ölkələrinə kommersiya və ya qrant şəklində göndərə biləcəklərinə söz verib.

Cumhuriyyet.net  xəbər verir ki, Putin 27-28 iyul tarixlərində Sankt-Peterburqda keçiriləcək Rusiya-Afrika Sammiti ilə bağlı yazılı bəyanatında Rusiyanın taxıl sazişindən çıxmasının Afrika ölkələrinə mənfi təsir etməyəcəyinə qarantiya verib.

Kremlin saytında dərc olunan açıqlamada bildirilir:

“Rusiya Afrikaya taxıl, ərzaq məhsulları, gübrə və digər malların tədarükünü təmin etmək üçün səylərini davam etdirəcək”.

Putin ölkəsinin bu il rekord məhsul gözlədiyinə işarə edib:

“Sizi əmin etmək istəyirəm ki, ölkəmiz Ukrayna taxılını həm ticari, həm də pulsuz əvəz edə bilər”.

Qeyd edək ki, Moskva 2022-ci ilin iyulunda imzalanmış taxıl müqaviləsində Rusiya ilə bağlı şərtlərin yerinə yetirilmədiyini iddia edərək, sazişdən çıxıb. Ölkəsinin 2022-ci ildə Afrikaya 11,5 milyon ton taxıl göndərdiyini xatırladan Putin 2023-cü ilin ilk yarısında 10 milyon ton taxıl göndərdiyini bildirib.//Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=193612

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930