Sisi Türkiyə səfərini ləğv etdi
Misir Prezidenti Əbdülfəttah Sisinin Türkiyəyə səfəri ləğv olunub.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.
Buna səbəb kimi Sisinin Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammitində iştirakı göstərilib.
Qeyd edək ki, daha əvvəl Sisinin iyulun 27-də Türkiyəyə səfər edəcəyi açıqlanmışdı.
Xatırladaq ki, Ankara ilə Qahirə arasında münasibətlər 2013-cü ildə Misir Prezidenti Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. Bunun ardınca hər iki ölkə səfirlərini geri çağırıb.
2021-ci ilin martından isə ikitərəfli münasibətlərin bərpası başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=193702