Bu il 800-ə yaxın miqrant Tunis sahillərində boğulub

27.07.2023 - 16:42

Bu ilin ilk yarısında Avropaya getməyə çalışan 800-ə yaxın qeyri-qanuni miqrant Tunis sahillərində boğulub.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Tunis Milli Jandarmının sözçüsü Houcem Eddine Jebabli AFP-yə bildirib.

“Dənizdən 789 miqrantın cəsədi çıxarılıb, onlardan 102-si tunisli, digərləri əcnəbilər və şəxsiyyəti məlum olmayan şəxslərdir”, – o deyib.

Tunis rəsmisinin sözlərinə görə, 34 mindən çox insan xilas edilib.

Qeyd edək ki, Şimali Afrika ölkəsi olan Tunis tez-tez qayıqlarda təhlükəli dəniz səyahətinə cəhd edən qeyri-qanuni miqrantlar və sığınacaq axtaranlar üçün əsas qapıya çevrilib. Tunislə İtaliyanın Lampeduza adası arasındakı məsafə təxminən 130 kilometrdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=193755

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728