Tramp özünə vəkil tapa bilmir

27.07.2023 - 16:51

Keçmiş ABŞ prezidenti Donald Tramp ölkənin Ədliyyə Nazirliyinin ona qarşı irəli sürdüyü çoxsaylı ittihamlarla bağlı müdafiə olunmaq üçün vəkil tapmaqda çətinlik çəkir.

Rolling Stone nəşrinin yazdığına görə, xüsusilə 2021-ci ilin yanvarında Kapitoliyə kütləvi basqına görə ittiham irəli sürüldükdən sonra peşəkar vəkillər onun müdafiəsinə qoşulmaqdan yayınırlar. Onlar bunu bir neçə amillə izah edirlər. Əsas amil kimi vəkil reputasiyasının riskə atılması göstərilir: əksər vəkillər Kapitoliyə hücumla bağlı ittiham üzrə Trampın məğlubiyyətini qaçılmaz hesab edirlər.

Trampın bir sıra hüquqi və siyasi məsləhətçiləri keçmiş prezidentin 2020-ci ildəki seçkilərlə bağlı ittihamlara qarşı müdafiəsini “özün məhvetmə missiyası” kimi qiymətləndirirlər. Buna görə də əvvəlcədən müdafiəyə qoşulacaqlarını vəd edən bir neçə nüfuzlu vəkil bu ittihamdan sonra imtina cavabı veriblər.(musavat)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=193757

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930