Rusiya çevriliş etdi: Bu qitədə “dostlarını” artırır

28.07.2023 - 13:21

Prezidenti devrilən Niger Qərb üçün olduqca önəmli bir ölkədir.

Cumhuriyyet.net xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Nigerdə baş verən çevrilişlə bağlı yeni açıqlamasında deyib.

“1. ABŞ-ın burda hərbi bazası var. Oradan onların PUA-ları hər yerə uçur.

2. Fransa uranın 45%-ni Nigerdən alır. Atom elektrik stansiyaları Fransanın elektrik enerjisinin 70%-dən çoxunu təmin edir.

3. Niger Rusiya-Afrika forumunda iştirak etməyən 5 ölkədən biridir.

4. Nigerin devrilmiş prezidenti Zelenskinin dostudur, onlar dəfələrlə bir-birlərinə zəng ediblər və Zelenski ona Ukraynanı dəstəklədiyinə görə təşəkkür edib.

5. Niger həmişə Qərbin Ukrayna ilə bağlı bütün antirusiya qətnamələrinə səs verib.

6. “Vaqner”in rəhbəri Priqojin artıq Nigerin keçmiş korrupsioner prezidentinin devrilməsinə birbaşa dəstək verib. Və kömək etməyə hazır olduğunu vurğulayıb.

7. Fransanın Nigerdə ​​öz hava bazası var.

8. Hakimiyyəti ələ keçirən generallar “Vaqner”in böyük rol oynadığı və fransızların qovulduğu Mali hakimiyyəti ilə sıx bağlıdır.

9. Nigerdə ​​yeni sabit antiqərb hökuməti yaranarsa, Afrikada Moskvaya dost və Qərblə münaqişəli münasibətlərdə olan dövlətlərdən Atlantik okeanından Qırmızı dənizə qədər Rusiya dostluq kəməri yaradılacaq”, – o bildirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=193808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728