SEPAH-ın təxribatçı fəaliyyətləri ilə bağlı yeni faktlar yayıldı

28.07.2023 - 14:42

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xarici ölkələrdə fəaliyyət metodu ilə bağlı yeni faktlar ifşa edilib.

Cumhuriyyet.net xəbər verir ki, SEPAH-ın “İmam Hüseyn” bölməsi hətta İrana müttəfiq ölkələrdə fəaliyyətlərinin əhəmiyyətli hissəsini hakimiyyətdən gizlədib.

SEPAH-ın Qüds qüvvələrinə tabe diviziyalardan olan “İmam Hüseyn” ordusunun əsas fəaliyyət mərkəzlərindən biri Suriyadır.

Müxtəlif ölkələrin, o cümlədən Sudan, Əfqanıstan, Pakistan, Azərbaycan və başqa dövlətlərin vətəndaşlarından təşkil edilən silahlı qruplaşmaların əsas mərkəzləri Hələb və Həməs şəhərlərində yerləşir.

Bundan əvvəl Bəşər Əsəd rejiminə müxalif qüvvələrə qarşı Dəməşq hakimiyyəti ilə birgə fəaliyyət göstərən “İmam Hüseyn” ordusu hazırda İsrail və Türkiyə qüvvələrinə qarşı hücumlarda fəal rol oynayırlar.

Məlumata görə, İran silahları yük təyyarələri, gəmiləri Lazkiyə (Latakiya) limanı və yük maşınları İraq yolu vasitəsilə “İmam Hüseyn” ordusuna çatdırılır.

Bununla yanaşı, Suriya böhranından və baş verən zəlzələdən istifadə edən SEPAH müxtəlif növ silahları humanitar yardım və avadanlıqlar adı altında yük maşınları, gəmilər və mülki sərnişin təyyarələri vasitəsilə Suriyadakı qüvvələrinə ötürür.

“İmam Hüseyn” ordusunun əlində olan yüksək keyfiyyətli silahların xüsusi şəkildə, o cümlədən, pilotsuz uçuş aparatları və raketdən müdafiə sistemləri ilə qorunan gizli anbarlarda saxlanıldığı bildirilir. SEPAH-a bağlı adıçəkilən qruplaşmanın ixtiyarında olan bir sıra əhəmiyyətli silah anbarları hətta Dəməşq hökumətindən də gizli saxlanılılır. Bu qruplaşma İranın qabaqcıl hərbi texnikasını Suriya rejiminə kömək etmək adı altında alsa da, praktikada bu texnika Əsəd rejiminin xeyrinə istifadə edilmir və başqa hədəflər, o cümlədən, İsrailə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinə qarşı hücumlar üçün nəzərdə tutulur. Həmin qabaqcıl silahların bir çoxunun iz itirmək və qorunmaq üçün yaşayış bölgələrində inşa edilən anbarlarda, məktəb və xəstəxana görüntüsü verilən binalarda saxlanıldığı deyilir.

İsrail hərbi hava qüvvələrinin son hücumlarında mülki olduqları iddia edilən dağıdılan dörd binada həmin silahların saxlanıldığı qeyd edilir.

Hazırda SEPAH-ın Suriyadakı “İmam Hüseyn” ordusunun komandiri Zülfüqar Hənəvi adlı livan əsilli şəxsdir. O, bundan əvvəl Livan Hizbullahının “Əziz” silahlı bölməsinin rəhbəri və Qasım Süleymaniyə yaxın şəxslərdən biri olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=193828

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728