ABŞ və Cənubi Koreya birgə aviasiya təlimi keçirib
ABŞ və Cənubi Koreya “F-35A” və “F-16” qırıcılarının iştirakı ilə birgə aviasiya təlimi keçirib.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndəsinə istinadən bildirib.
Qeyd olunub ki, təlimlər “Buddy Squadron” proqramı çərçivəsində keçirilib.
Məlumata əsasən, “Buddy Squadron” proqramı çərçivəsində beş günlük manevrlər bazar ertəsi Seuldan 112 km aralı yerləşən şəhərciyin uçuş poliqonunda başlayıb və bu gün ilk dəfə olaraq “F-35A” döyüş təyyarələri təlimlərə cəlb olunub.
Xatırladaq ki, Cənubi Koreya və ABŞ HHQ-nin bundan əvvəlki birgə aviasiya təlimləri cari ilin 13 iyulunda baş tutub və təlimlərə ABŞ-ın strateji bombardmançı təyyarəsi “B-52H” cəlb edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=193834