“Emmy” mükafatı təxirə salınıb
Hollivudda aktyorların və ssenaristlərin tətili səbəbindən “Emmy” mükafatının verilməsi mərasimi təxirə salınıb.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə “The Variety” nəşri məlumat yayıb.
Qeyd olunub ki, mükafatlandırma mərasimi sentyabrın 18-nə planlaşdırılsa da, sözügedən tətilə görə, təxirə salınıb. Mərasimin yeni tarixi hələ məlum deyil, lakin hesab olunur ki, mükafatlandırma mərasimi 2024-cü ilin əvvəlində baş tuta bilər.(apa)
Short URL: http://www.cumhuriyyet.net/?p=193840