Danimarkada bu gün Qurana qarşı 3 aksiya olacaq

28.07.2023 - 15:42

Cümə günü Kopenhagendə müqəddəs kitabların yandırılması ilə bağlı dörd aksiya planlaşdırılır.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Dagens nyheter” qəzeti məlumat yayıb.

“Xüsusilə, ifrat sağçı Danimarka Vətənpərvərlər Qrupunun nümayəndələri tərəfindən iki aksiya keçiriləcək: biri İslam Dini İcmasının binası qarşısında, digəri isə Tinqbyerq şəhərinin şimal-şərqində. Bundan əvvəl qrupun fəalları Misir, Türkiyə və İraq səfirliklərinin binaları qarşısında Quranı yandırıblar”, – məlumatda deyilir.

İraq səfirliyi qarşısında daha bir nümayiş planlaşdırılır, təşkilatçılar islamı tənqid etmək niyyətindədirlər:

“Dördüncü nümayiş parlament, Baş nazirlik və Ali Məhkəmənin yerləşdiyi Kristiansborq sarayının qarşısında baş tutacaq. Bu aksiyanın məqsədi isə Qurani-Kərimin yandırılmasına etiraz etməkdir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=193844

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728