İsveç də “Quran”ın yandırılmasını qadağan etməyə hazırlaşır

31.07.2023 - 12:30

Danimarkanın ardınca İsveç hökuməti də söz və fikir azadlığı kimi fundamental prinsiplərini pozmadan “Quran”ın, həmçinin digər dini mətnlərin kütləvi şəkildə yandırılmasını qadağan etmək, yaxud məhdudlaşdırmaq barədə düşünür.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson sosial media hesabında bildirib.

O, danimarkalı həmkarı Mette Frederiksen ilə məsələni müzakirə etdiyini açıqlayıb.

“Biz də ölkəmizdə və dünyada isveçlilərin təhlükəsizliyini, həmçinin milli təhlükəsizliyi gücləndirmək üçün vəziyyəti hüquqi nöqteyi-nəzərdən təhlil etməyə başlamışıq”, – deyə Kristersson bəyan edib.

Qeyd edək ki, İsveç və Danimarkada “Quran”la bağlı son vaxtlar bir neçə ictimai aksiya müsəlman dindarlar arasında hiddət fırtınasına və bir sıra müsəlman ölkələrinin diplomatik demarşlara səbəb olub.

Bundan əvvəl Danimarkanın “Quran”ın yandırılmasını qadağan edə biləcəyi barədə xəbər vermişdik.

Short URL: http://www.cumhuriyyet.net/?p=193911

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930