Nigerdən Fransa ilə bağlı qadağa
Niger Fransaya uran və qızıl ixracını dayandırıb.
Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Arab Africa” Teleqram kanalı məlumat yayıb.
“Müvafiq bəyanatı ölkədə çevriliş həyata keçirmiş Hərbi Şuranın rəhbərliyi verib”, – məlumatda deyilir.
Qeyd edək ki, Niger dünyanın dördüncü ən böyük uran istehsalçısıdır və Fransada elektrik enerjisi istehsal etmək üçün istifadə edilən uranın əsas mənbəyidir. Fransız nüvə texnologiyası şirkəti “Orano” 1970-ci ildən Nigerdə uran hasilatı ilə məşğuldur. 2020-ci ildə Fransa reaktorlarında istifadə olunan uranın təxminən 35%-i Nigerdən gətirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=193926