Taliban nümayəndələri bu türk ölkəsinə gəldi

03.08.2023 - 10:46

Avqustun 1-də sənaye və ticarət naziri Nuriddin Əzizinin başçılıq etdiyi Taliban hərəkatının nümayəndələrindən ibarət heyət Astanaya gəlib.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Nümayəndə heyətinin Astana ilə əməkdaşlıq müzakirəsi və bu gün keçiriləcək Qazaxıstan-Əfqanıstan biznes forumunda iştirakı planlaşdırılır. Avqustun 4-də isə Konqres Mərkəzində Əfqanıstan mallarının iki günlük sərgisi açılacaq”, – məlumatda deyilib.

Qazaxıstanın xarici işlər nazirinin müavini Kanat Tumış Astanada Taliban nümayəndələrinin Qazaxıstan-Əfqanıstan biznes forumunda iştirakı ilə bağlı suala cavabında bildirib ki, bu qonaqlardan heç biri sanksiya siyahısında deyil və əsasən ölkənin işgüzar dairələrini təmsil edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=194069

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728