Yellen “Fitch”in qərarını əsassız və xətalı adlandırıb

03.08.2023 - 11:21

 

“Fitch Ratings” kredit reytinq agentliyi ABŞ-ın reytinqini “AAA”dan “AA+” səviyyəsinə endirməsindən sonra ABŞ-ın maliyyə naziri Canet Yellen buna sərt reaksiya verib.

Cumhuriyyet.net xəbər verir ki, Yellen Virciniya ştatında qatıldığı proqramda ölkə iqtisadiyyatının pandemiyadan sonra tarixi bir canlanma yaşadığını bildirib.

“2021-ci ilin yanvar ayından bu yana ölkədə 13 milyondan çox yeni iş yerinin açıldığına diqqət çəkən Yellen, işsizlik səviyyəsinin tarixi minimuma yaxın olduğunu da qeyd edib. O bildirib ki, ölkədə inflyasiya il ərzində hər ay azalır, ABŞ iqtisadiyyatı böyüməyə davam edir.

Yellen, Fitch-in qərarının ABŞ-da görülən iqtisadi gücü nəzərə alaraq başa düşməyin çətin olduğunu ifadə edərək, “Fitchin qərarı ilə qətiyyən razı deyiləm və bunun tamamilə əsassız olduğuna inanıram” deyə vurğulayıb: “Fitch-in “səhv” qiymətləndirməsi köhnəlmiş məlumatlara əsaslanır, bu qərar son iki il yarımda görülən bir sıra göstəricilərdəki inkişafı əks etdirməyib”.

O əlavə edib ki, Fitch-in qərarı hər kəsin bildiyi şeyi dəyişmir: “Xəzinə istiqrazları dünyanın aparıcı təhlükəsiz və likvid aktivi olaraq qalır və Amerika iqtisadiyyatı əsas etibarilə güclüdür”.

Short URL: http://www.cumhuriyyet.net/?p=194078

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930