Cəbhədə uğursuzluq: Kreml müxbirləri susdurur

03.08.2023 - 13:21

Krımda və ümumlikdə müharibədəki uğursuzluqların fonunda Rusiyanın nüfuzlu media nümayəndələri ilə hərbi müxbirləri arasında mübahisələr yaranıb. Bu mübahisələr Kremli daha həssas vəziyyətə salıb. Moskva çaxnaşmanı cilovlamağa çalışır.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Bu mübahisələr hərbi müxbirlərin daxilindəki bölünmə xətlərini daha da üzə çıxardı. Xüsusilə, Sevastopol yaxınlığında və Çonqar körpüsündə Ukraynanın son zərbələrinin görüntülərinin internetdə yerləşdirilməsindən sonra baş verən mübahisəni göstərmək olar. Bu cür mübahisə Kiyevin zərbələrinin müharibəyönlü Rusiya informasiya məkanında qıcıqlandırıcı nöqtə olduğunu deməyə əsas verir. Maraqlıdır ki, Ukraynanın iyulun 29-da Çonqar körpüsünə endirdiyi zərbədən sonra rusiyalı hərbi müxbirlərin böyük əksəriyyəti bu barədə heç bir şərh verməyib. Ola bilsin ki, Rusiya hərbi komandanlığı hərbi müxbirlərə uğursuzluqlar barədə susmağı tapşırıb”, – məlumatda qeyd olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=194110

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031