Bazum ABŞ-dan kömək istədi

04.08.2023 - 11:17

Hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Niger Prezidenti Məhəmməd Bazum ABŞ və dünya ictimaiyyətini ölkədə konstitusiya nizamının bərpasına köməklik göstərməyə çağırıb.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Məlumata görə, Bazum özünü girov adlandırıb və bildirib ki, çevrilişin heç bir əsası yoxdur:

“Əgər çevriliş uğur qazanarsa, bunun ölkə, region və bütün dünya üçün dağıdıcı nəticələri olacaq. Nigerdəki təhlükəsizlik vəziyyəti digər məsələlərlə yanaşı, Qərb ölkələri ilə tərəfdaşlıq sayəsində kəskin şəkildə yaxşılaşıb. Maraqlıdır ki, Nigerdə ​​təhlükəsizlik vəziyyəti hərbi çevriliş nəticəsində yaradılan hökumətlərə qanunsuz dəstək verən qonşularımız Mali və Burkina-Fasodan qat-qat yaxşıdır. Onlar öz imkanlarını gücləndirməklə təhlükəsizlik problemlərini həll etmək əvəzinə, “Vaqner” qrupu kimi cinayətkar rus muzdlularını işə götürürlər. Ehtiyac duyduğumuz hazırkı anda ABŞ hökumətini və bütün beynəlxalq ictimaiyyəti konstitusiya quruluşumuzun bərpasına kömək etməyə çağırıram. Niger xalqı tariximizin bu dönüş nöqtəsində dəstəyinizi heç vaxt unutmayacaq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=194166

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728