Bu il Ukraynaya edilən yardımların məbləği açıqlanıb

05.08.2023 - 15:24

Ukraynan bu il tərəfdaşlarından 28 milyard dollar maliyyə dəstəyi alıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

“Biz artıq bu il tərəfdaşlarımızdan 28 milyard dollar yardım almışıq. Avropa İttifaqı 11 milyard dollar, ABŞ isə 8 milyard dollar yardım edib”,-deyə Şmıqal bildirib.

Şmıqal müttəfiqlərinə dəstəyə görə təşəkkür edərək, “Ukraynaya verilən hər bir dollar bizim davamlılığımıza, qələbəmizə, Avropada təhlükəsizliyimizə və sülhə qoyulan sərmayədir” deyib.

Ukraynanın artıq bütün daxili imkanlarını müharibəyə xərclədiyini qeyd edən Şmıqal, sahibkarların və vətəndaşların ödədikləri bütün vergilərin təhlükəsizlik və müdafiə qüvvələrinin ehtiyaclarını ödəmək üçün istifadə olunduğunu bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194207

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930