Türkiyə XİN başçısı İraqa səfər edəcək

05.08.2023 - 17:22

Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun ikinci yarısında Bağdada səfər edəcək.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, Macarıstanda həmkarı Peter Siyarto ilə görüşən Türkiyə XİN başçısının növbəti səfər edəcəyi ölkə İraq olacaq.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Əl-Səhaf Hakan Fidanın səfəri ilə bağlı açıqlama verib. Baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseynin bu yaxınlarda Türkiyənin İraqdakı səfiri Əli Rza Güneyi qəbul etdiyini bildirən Əl-Səhaf bu görüşdə Bağdad və Ankara arasında əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini bildirib.

Əl-Sahaf həmçinin vurğulayıb ki, görüşdə ikitərəfli münasibətlərin iki dost xalqın mənafeyinə xidmət edəcək şəkildə möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolları da müzakirə olunub. Bu çərçivədə Türkiyə XİN rəhbərinin İraqa gözlənilən səfəri də müzakirə edilib. XİN rəsmisi Fidanın bu ayın ikinci yarısında Bağdada səfəri zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın səfər tarixinin də dəqiqləşdirilməsinin gözlənilddiyini deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194227

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930