Ukrayna bu raketlə bütün Krımı vura bilər – Rıbaçuk

08.08.2023 - 17:43

Uzaqmənzilli “Taurus” raketləri Ukrayna Silahlı Qüvvələri üçün cəbhənin dərinliyində rus qoşunlarının maddi-texniki infrastrukturunu məhv etmək üçün çox vacibdir.

Cumhuriyyet.net xəbər verir ki, bunu Ukraynanın “Birgə fəaliyyət mərkəzi”nin rəhbəri Oleq Rıbaçuk deyib.

“Əgər biz cənubda əks-hücumdan danışırıqsa, bu raketlər Krımın istənilən nöqtəsinə çatmaq üçün bir fürsətdir. Ukrayna daha böyük uçuş məsafəsinə malik raketlərə arxalana bilər, lakin indi Kiyev üçün ən vacib olan bütün Krımı tam şəkildə vurmaqdır. Yarımadanın payızda azad oluna biləcəyi kifayət qədər realdır. Ukrayna üçün payız Kremldən qat-qat cəlbedici görünür”, – Rıbaçuk bildirib.

Qeyd edək ki, Almaniya istehsalı olan “Taurus” uzaqmənzilli raketləri 500 km uçuş məsafəsinə malikdir. Hərbçilər “Taurus” raketlərini ən qorunan obyektləri və istehkamları yüksək dəqiqliklə vurmaq qabiliyyətinə görə “bunker qatili” adlandırırlar.

Almaniyanın arsenalında 300-ə qədər belə raketlərin olduğu bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=194331

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930