ABŞ İrana qarşı hərbi qüvvə göndərib – VİDEO

08.08.2023 - 20:42

ABŞ Hərbi Dəniz Qüvvələri dünən elan edib ki, İranın neft tankerlərini ələ keçirməsinin qarşısını almaq planı çərçivəsində 3000-dən çox Amerika əsgəri Qırmızı dənizdəki iki hərbi gəmiyə köçürülüb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bəyanatında qeyd edilib ki, ABŞ dənizçiləri avqustun 6-da Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olublar. Açıqlamada əsgərlərin Beşinci Donanmanın fəaliyyət qabiliyyətini gücləndirəcək “Bataan” və “Karter Holl” desant gəmilərinə yerləşdirildiyi vurğulanıb.

Beşinci Donanmanın sözçüsü Tim Havkins bununla bağlı deyib: “Bu birləşmələr İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısını almaq və ticarət gəmilərinə təcavüzü nəticəsində yaranan regional gərginliyi neytrallaşdırmaq üçün çeviklik və təsirli əməliyyat qabiliyyəti təmin edir”.

Bölgədə qüvvələrini artıran ABŞ iyul ayında orada bir döyüş gəmisini, eləcə də “F-35” və “F-16” döyüş təyyarələrini yerləşdirəcəyini də açıqlamışdı.
ABŞ rəsmisi keçən həftə bildirib ki, Vaşinqton İranın gəmiləri ələ keçirməsinin qarşısını almaq niyyəti ilə Fars körfəzindən keçən kommersiya tankerlərinə dəniz piyadaları göndərməyə hazırlaşır.

“ABŞ bu addımları ilə naviqasiya azadlığının təmin edilməsinə və İranın sabitliyi pozan fəaliyyətlərinin qarşısının alınmasına sadiqliyini nümayiş etdirir” – deyə, bəyanatda bildirilir.

Daha ətraflı “Azad İran” “Youtube” kanalının süjetində:

Short URL: http://www.cumhuriyyet.net/?p=194354

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728