Kanada-Ukrayna Fondu Ukraynaya 100 ədəd həyati dəstək sistemi verib

08.08.2023 - 21:00

Kanada-Ukrayna Fondu (KUF) Ukrayna Səhiyyə Nazirliyinə 100 ədəd “MOVES SLC” inteqrasiya olunmuş həyati dəstək sistemi verib, bu sistemlərdən ağır yaralı xəstələrin yerüstü və hava daşınması üçün istifadə olunacaq.

Bu barədə Cumhuriyyet.net “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Fondun press-relizində qeyd olunur ki, “MOVES SLC” münaqişə və təbii fəlakət zonalarında tibbi yardım göstərmək üçün nəzərdə tutulmuş mikro inteqrasiya olunmuş həyati dəstək sistemidir.

KUF-dan bildirilib ki, sistemlər Kanada hökumətindən alınıb və Ukrayna Səhiyyə Nazirliyinə təhvil verilib. Portativ həyati dəstək sistemləri pasiyentin həyati əlamətlərini izləməyə, ağır xəstələrin ağciyərinə hava ötürülməsinə və xəstəxanalara çatdırılma zamanı fəsadların qarşısını almağa kömək edəcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194358

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930