Putinin real reytinqi budur – Qudkov

09.08.2023 - 12:03

Ukraynadakı əhəmiyyətli itkilərə görə rus qoşunlarında kifayət qədər insan yoxdur. Ona görə də Rusiyada yeni səfərbərlik dalğası qaçılmazdır.

Cumhuriyyet.net xəbər verir ki, bu fikirləri rusiyalı müxalif siyasətçisi Gennadi Qudkov deyib.

Qudkovun sözlərinə görə, Rusiya hakimiyyəti səfərbərliyə pul yatırır və 300 min insanı cəlb etməyi planlaşdırır:

“Amma bu da son deyil. Bunlar da torpağa qərq olacaq. Orduda yorğunluq, mənəvi boşluq, deqradasiya var”.

Politoloq əlavə edib ki, Kremlin sözcüsü Dmitri Peskovun 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Putinin 90% dəstək qazanacağı haqda fikri cəfəngiyyatdır:

“Putinin real reytinqi 20-25% təşkil edir. Rusiyada cəmiyyətin konsolidasiyası yoxdur. Ölkə vətəndaş müharibəsi ərəfəsindədir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=194365

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930