Azyaşlıların Həccə göndərilməsi QADAĞAN EDİLDİ

10.08.2023 - 11:52

2023-cü il noyabrın 1-dən vətəndaşları Ümrəyə (kiçik Həcc) göndərən Özbəkistan turoperatorları xüsusi lisenziyaya malik olmalı və bir sıra yeni tələblərə əməl etməlidir.

Cumhuriyyet.net yerli KİV-ə istinadən xəbər verir ki, xüsusilə şirkətlərə azyaşlılara bu xidməti göstərmək qadağan edilib.

Bu, hökumətin 8 avqust tarixli müvafiq qərarında yer alıb.

Sənədə əsasən, Ümrənin təşkili turizmin ayrıca növü hesab olunur və bununla əlaqədar şirkətlər yenidən lisenziya almalıdır.

Vacib şərt odur ki, özbəklərin Ümrəyə göndərilməsi ilə yalnız yerli turoperatorlar məşğul ola bilər.

Bundan əlavə, turizm şirkətləri bir sıra əlavə tələblərə riayət etməlidirlər.

Qeyd olunub ki, şirkətlər Səudiyyə Ərəbistanındakı tərəfdaş təşkilatla bağlanmış müqavilə əsasında vətəndaşları Ümrəyə göndərirlər.

Xatırladaq ki, müsəlmanlar ilin istənilən vaxtında Ümrə (kiçik Həcc) ziyarətinə gedə bilər. Ziyarətin müqəddəs Ramazan ayında yerinə yetirilməsi Həccə bərabər tutulur.

2019-cu ildən Özbəkistanda Ümrə kvotaları ləğv edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194441

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930