Dünyanın ən çirkli şəhəri: Prezident öskürəyə tutuldu

17.08.2023 - 11:30

Yeni araşdırmalara əsasən, İndoneziyanın paytaxtı Cakarta dünyanın ən çirkli şəhəri elan olunub. Prezidentin öskürəyi də bununla əlaqədar ola bilər.

Cumhuriyyet.net xəbər verir ki, bu barəcə CNN məlumat yayıb.

İndoneziya hökumətindən də bildirilib ki, Prezident Coko Vidodo bir neçə həftə öskürəklə mübarizə aparıb və bunu şəhərin çirklənməsi ilə əlaqələndiriblər.

Bildirilib ki, bu xəbər İsveçrənin “İQAir” şirkətinin Cakartanın dünyanın ən çirkli şəhəri olması ilə bağlı hesabatından sonra ortaya çıxıb.

“Prezident Coko Vidodo həftə ərzində havanın çirklənməsi ilə mübarizə üçün konkret addımlar atmağı tapşırıb. O, dörd həftə öskürdü və dedi ki, heç vaxt özünü belə pis hiss etməyib”, – İndoneziyanın turizm və kreativ sənaye naziri Sandiaqa Uno jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, həkimlər prezidentin öskürəyinin səbəbini araşdırırlar, ola bilsin ki, havanın çirklənməsi ilə bağlı olsun.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=194672

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930