Türkiyə bu ölkə ilə “birlik dövləti” qurur – RUSEN

17.08.2023 - 12:39

Liviya Türkiyə ilə birlik dövlət modeli quraraq, başda ordu olmaqla, iqtisadi və mədəni ittifaqa girməyi hədəfləyir.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Türkiyədə yerləşən Rusiya Araşdırmaları İnstitutu (RUSEN) liviyalı diplomatik mənbələrə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunub ki, bundan başqa Liviya neft və qazının Türkiyə üzərindən bazara çıxarılmasını və bu məqsədlə yeni strategiyanın yaradılmasını istəyir:

“Enerji və hərbi məqsədlərlə yanaşı, Liviya türk dilinin ikinci dil olaraq məktəblərdə tədris olunması məqsədilə Türkiyədən müəllimlər tələb etmək fikrindədir”.

Bildirilib ki, Liviyanın Tripoli şəhərinin şərqindəki Əl Xüms limanı da Türkiyə tərəfindən 99 il müddətinə icarəyə götürülüb:

“Liman hərbi məqsədlər üçün istifadə olunacaq. Ticarət gəmilərinin də təhlükəsizliyi Türkiyənin məsuliyyəti altında olacaq. Türkiyə Hərbi Dəniz Qüvvələri bölgədə hərbi baza yaradaraq Aralıq dənizində terror, miqrasiya, qaçaqmalçılıq, təhlükəsizlik kimi problemlərə kəskin müdaxilə edəcək”.

Məlumatda Türkiyənin Sirte limanını da icarəyə götürəcəyi bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=194684

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031