Belarus Ukrayna ilə növbəti sazişi ləğv edib
Belarus hökuməti Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlıq sazişini denonsasiya edib.
Cumhuriyyet.net xəbər verir ki, hökumətin bu haqda rəsmi qərarı Belarusun Milli Hüquq İnternet Portalında dərc edilib.
Həmçinin, bu sazişə əlavələrin edilməsi haqqında iki ölkə arasında 2003-cü il 16 iyulda Minskdə də imzalanmış hökumətlərarası protokola da xitam verilib.
Qeyd edək ki, müqavilə 1994-cü il 16 dekabrda Belarus paytaxtı Minskdə iki ölkə tərəfindən imzalanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=194690